Əsas məzmuna keç

Qoşma

Damcı yeri

Zəlimxan Yaqub

2

Dəri zolaq-zolaq, dərd damar-damar, Mənim kürəyimdə qamçı yeri var. Batır iynə kimi, çaxır od kimi, Yanan ürəyimdə sancı yeri var.

Çəmən suya batır, çamır göl olur, Qaya suda üzür, mamır göl olur. Hər gün dama-dama damır, göl olur, Gözümdə həmişə damcı yeri var.

2007, 30 oktyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.