Əsas məzmuna keç

Divani

Dalbadal

Aşıq Ələsgər

1

Ol xudadan Mustafaya Endi aya dalbadal. Ay ilə Gün gərdiş eylər Bu dünyaya dalbadal. Eşq havası, el töhməti, Padişahın sitəmi Bir sərimi gündə salır Min bəlaya dalbadal.

Sirlər haqqın yanında, Kim kimin dərdin bilir; Bəy yoxsulla bəhsə düşüb Həcv edir, tənə qılır. Məhəmmədin ümmətinə Ayda üç yol xərc gəlir, Ey Xudaya, kim tab etsin Bu cəfaya dalbadal?!

Ələsgərəm, öz dərdimdən Düşməmişəm bu bəhsə; Yoxsulların günün gördüm, Ah çəkib batdım yasa. Ərzələr atqaz qayıtsa; Şahdan imdad olmasa, Fanidən köçmək lazımdı Ol üqbaya dalbadal.

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.