Əsas məzmuna keç

Təcnis

Dal-dala

Aşıq Ələsgər

1

İsmin üç hərf ilə eylərəm bəyan: "Mim"di, "nun"du, "sin" yazılıb dal-dala. Mən aşığam dal-dala, Bayqu gəzər dal-dala. Açılıb yaxan bəndi, Çək, turuncun daldala! Sədrin üstə şux məmələr görünür, Bədnəzərdən pünhan elə, daldala!

Sürmə çək qaşına nə qara yaxşı, Ağ üstən yazıla nə qara yaxşı. Mən aşığam nə qara, Gözlərindi nə qara, Həsrətindən Məcnunam, Günüm olub nə qara. Saçların görəndə nə qara, Yaxşı! On dörd hörük çin-çin düşüb dal-dala.

Ələsgərəm, mən də nişana qoydum, Təmiz ad saxladım, nişana qoydum. Mən aşığam nişana, Zülf üzündə nişana. Sinəmə dağ çəkibsən, Qaldı elə nişana. Sədrimi qarşına nişana qoydum, Əsirgəmə, at oxların dal-dala.

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.