Əsas məzmuna keç

Sərbəst şeir

Dahilər

Zəlimxan Yaqub

1

Nizami Gəncədə uyuyur, Füzuli Bağdadda, Xaqani Təbrizdə, Mövlana Konyada, Yəsəvi Türküstanda. Hər biri qərar tutub Min nağılda, min əfsanədə, min dastanda. Nəsimi Hələbdə yatır, Xətai Ərdəbildə, Sabir Şamaxıda, Cavid Naxçıvanda, Vaqif Şuşada. Bir doyulmazlıq var Bu möcüzəli tamaşada. Hərə bir yerdə qərar tutub Hərə bir cənnət məkanda uyuyur. Uyuyur Allahın əziz bəndələri, uyuyur, uyuyur. Min illər keçir aradan, Dahilərə qarşı Nə sevgi azalır, Nə istək tükənir, nə məhəbbət soyuyur!

2010, 25 fevral

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.