Daha gecdi
Daha gecdi, sular məni boğa bilməz, Dəniz yoxdu gözlərimin yaşı qədər.
Daha gecdi, ölüm məni öldürəmməz, Ucalmışam o dağların başı qədər.
Daha gecdi, könüllərdə kitabım var, Qat-qat olan qayaların qaşı qədər.
Daha gecdi, zaman məni dana bilməz, Yaşamışam bu dünyanın yaşı qədər.
2010, 20 mart