Daha
Qapını dost açır, mehriban açır, Dəyişib səmtini küləklər daha. Muradı gül açıb yanan şamların, Nuruna mat qalıb fələklər daha.
Nə qədər Leylilər çıxmadı yaza, Nə qədər Məcnunlar getdi güdaza. Nə görmək istədin sən yaza-yaza, Göstərdi arzular, diləklər daha.
Nələri düşündüm, ustad, nələri, Sevinər keçmişim, olsa xəbəri. Göydən endirmişik əfsanələri, Dönüb insan olub mələklər daha!
1978, 21 iyun