Əsas məzmuna keç

Heca şeiri

Dağlar oğlu

Zəlimxan Yaqub

1

Dağ çeşməsi istərəm, dodağından öpməyə, Dağ yağışı istərəm, ürəyimə səpməyə. Dağ zirvəsi istərəm, qanadlanıb süzməyə, Dağ yolları istərəm, sinəsində gəzməyə. Dağ çiçəyi istərəm, ətriylə məst olmağa, Dağ qartalı istərəm, könlümcə dost olmağa. Dağları səsləməkdən dilimdə dağ bitdi, dağ, Dağsız dağlar oğluna çətin olub yaşamaq!!!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.