Əsas məzmuna keç

Qoşma

Dağlar

Zəlimxan Yaqub

1

Həyatı sevəni qoynuna çağır, Qoyma qan tökəni yaxına, dağlar. Yenə bir daşını qırmızı gördüm, Ya qartal qanıdır, ya xına, dağlar.

Çoxalar daha da ömrünün barı, Yaşadın dağları yaşadanları. Şöhrət zirvəsinə daş atanları Yandırın atəşə, yaxın, a dağlar.

Qaşların çatılsa göz açar yaram, Könlü dağ havalı bir həvəskaram. Yüz il qar yağsa da, soyumaz aram, Yaxınam mən sizə, yaxın, a dağlar.

1977, 3 oktyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.