Dağlar
Mən sizdən yazanda söz özü gəldi, Gəzmədim bölgünü, hecanı, dağlar. Alçağa düşmənəm körpəliyimdən, Sevmişəm hər zaman ucanı, dağlar.
Yayda yaylaqların varı qız oldu, Yarı gül olanda, yarı qız oldu. Qoynunda gəzəndə qarı qız oldu, Cavan eylədiniz qocanı, dağlar.
Nə qədər arzu var, hələ gözdədi, Nə deyim, ixtiyar əlinizdədi. Cavan Zəlimxanam, yarım sizdədi, Göz üstə saxlayın o canı, dağlar.
1973, 17 may