Əsas məzmuna keç

Qoşma

Dağlar

Zəlimxan Yaqub

1

Qış keçəndə yağar yazın yağışı, Qarışar axına, haraya dağlar. Sellərin səsindən ayağa qalxar, Çağırar aranı haraya dağlar.

Qanadı altında qar tala-tala, Sənsən, layiq deyil qartala tala. Əriyər sinəndə qar tala-tala, Çəkər dərələrin haray, a dağlar.

Dillənsə yanında telli saz, ya tar, Tellər layla çalar, qayalar yatar. Qayalar dillənər, qayalar yatar, Harayın yetişər haraya, dağlar!

1972, 14 iyun

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.