Əsas məzmuna keç

Qoşma

Dağlar

Aşıq Ələsgər

1

Bahar fəsli, yaz ayları gələndə, Süsənli, sünbüllü, lalalı dağlar. Yoxsulu, ərbabı, şahı, gədanı Tutmaz bir-birindən aralı dağlar.

Xəstə üçün təpəsində qar olur, Hər cür çiçək açır, laləzar olur, Çeşməsindən abi-həyat car olur, Dağıdır möhnəti, məlalı dağlar.

Yazın bir ayıdı çox yaxşı çağın, Kəsilməz çeşməndən gözəl yığnağın, Axtarma motalın, yağın, qaymağın… Zənbur çiçəyindən bal alı, dağlar!

Yayın əvvəlində dönürsən xana, Son ayda bənzərsən yetkin bostana, Payızın zəhməri qoyur virana, Dağıdır üstündən calalı, dağlar!

Gahdan çiskin tökər, gah duman eylər, Gah gəlib-gedəni peşiman eylər, Gahdan qeyzə gələr, nahaq qan eylər, Dinşəməz haramı, halalı dağlar.

Ağ xələt bürünər, zərnişan geyməz, Heç kəsi dindirib keyfinə dəyməz, Sərdara söz deməz, şaha baş əyməz, Qüdrətdən səngərli, qalalı dağlar.

Keçər ellər, düşər səndən aralı, Firqətindən gül-nərgizin saralı, Ələsgər Məcnun tək yardan yaralı, Gəzər səndə dərdli, nalalı, dağlar!..

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.