Əsas məzmuna keç

Qoşma

Dağlar

Zəlimxan Yaqub

1

Günəş ucalardan uca dursa da, Hər yerdə hökmünü yeridə bilmir. Düzlərdə bir günə əriyən qarı, Dağlarda bir ilə əridə bilmir.

Bükülmür biləyi, qatlanmır dizi, Girir şimşəklərlə güləşə, dağlar! Vüqarla doldurur ürəyimizi, Haqqı var, naz satır Günəşə dağlar!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.