Əsas məzmuna keç

Təcnis

Dağıt “əmmə”ni

Aşıq Ələsgər

1

"Əlif"in hökmüynən, "cim" fərmanıynan, Ara, kəlmə-kəlmə dağıt "əmmə"ni. Vədəm tamamdırsa, gəl al canımı, Qurtar bu düyündən, dağıdan məni!

Şux gözəldə bir sinə var, bir incə, Gördüm, dərdim oldu dağlar birincə.

Roğənəm, həddində yetir birincə, Yandırıb keçirmə dağıdan məni!

Sağ dəstinlə dərdli sərim ov, sına! Lazımdı ki, ovçusundan ov sına. Gözün təmənnası salıb ovsuna, Şahmar tək endirir dağıdan məni.

Qürbətdə qalmışam bir ay yarım var, Qərib pəhlivanam, bir əyyarım var. Lütf eylə, üstümə bir, ay yarım, var, Dağılsın üstümdən dağıdan məni.

Ələsgərəm, bir dayım yox, bir əmim, Dar günümdə mədətkardı birə "mim". Göz deyir ki, qoy ləbindən bir əmim, Dil deyir: - Məclisi dağıt, əm məni!

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.