Əsas məzmuna keç

Heca şeiri

Dağ ömrü

Zəlimxan Yaqub

1

Saysız əsrlərin şahidiyəm mən, Şahid olacağam neçə əsrə də. Boyumdan boy verdim, ömrümdən ömür, Məğrur qalaya da, uca qəsrə də.

Zaman da məndədi, əsr də məndə, Qala da məndədi, qəsr də məndə. Dünyada nə qədər bağlı kitab var, Onların açarı, hər sirri məndə!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.