Əsas məzmuna keç

Heca şeiri

Dağ eşqi

Zəlimxan Yaqub

1

Qar zirvəmdə bəzək, gül ətəyimdə, Torpağın qoynunda yüksələn dağam. Ucayam, ucalmaq istəyənləri Həmişə başımda saxlayacağam.

* * *

Eldən ilham alıb hər zaman, hər an, Əlini hörmətlə sıxacağam mən. Dərədən-dərəyə axan sel kimi, Ürəkdən-ürəyə axacağam mən!

* * *

Fil adı verirlər sərçəyə bəzən, Qara kəl deyirlər kəlçəyə bəzən, Dözəmmirəm mən.

Adam var nöqtədir gözündə Vətən, Qaza bülbül deyir, səhraya çəmən, Dözəmmirəm mən.

Bunları eşidən, duyan ürəkdir, Neyləyim, ürəksiz Gəzəmmirəm mən.

1970, 28 oktyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.