Dağ duruşu
Duruşu, təmkini öz yerindədir, Dağlar min illərdi ləngər saxlayır. Qartalı zirvədə keşikçi qoyub, Dərin dərələrdə səngər saxlayır.
Qalxan qasırğalar, qopan tufanlar, Daşından qamqalaq qopara bilmir. Yüz dərənin suyu bir yerə gəlsə, Bircə qayasını apara bilmir.
Dağdan dağ olmağı öyrənmək gərək, Sağlam yaddaşı ver, sağlam huşu ver. İlahi, mənə də dağ qətiyyəti, İlahi, mənə də dağ duruşu ver.
2003, 16 noyabr