Dadına görə
“O qızı sevirəm” deyən qardaşım, Sevmə qohumuna, yadına görə. Sevirsən, ağlını, ismətini sev, Alma atasının adına görə.
Sinədə bir daşdı duyğusuz ürək, Ona həyat verməz nə gül, nə çiçək. Sevəndə insanı sevəsən gərək, Qəlbinin eşqinə, oduna görə.
Zəlimxan yazdı ki, bir-iki bəndi, Tanıya biləsən zəhəri, qəndi. Onsuz da el özü qiymət verəndi, Hər tikə dad alar dadına görə.
1973, 2 iyul