Əsas məzmuna keç

Heca şeiri

Cövhərqalada görüş

Zəlimxan Yaqub

1

Düşmən gülləsinə sipər yeridi, Gərir sinəsini dərdə, bəlaya. Hünər beşiyidi, təpər yeridi, Cövhəri çevirib Cövhərqalaya.

Nə hücum, nə qorxu, nə güc, nə hədə, Nə ölüm çeçenin beyninə batdı. Şəhəri min yerdən zədələsə də, Namusu, qeyrəti sağ-salamatdı.

Şimşək baxışında, qəzəb gözündə, Şəri öz qanında boğdu bu millət. Təzədən doğuldu bu yer üzündə, Şamili təzədən doğdu bu millət.

Hər oğul bu xalqın igidi, əri, Andı boş-boşuna içən görmədim. Qeyrət silahıdı, məslək səngəri, Silahsız, papaqsız çeçen görmədim.

1999

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.