Əsas məzmuna keç

Heca şeiri

Çünki

Zəlimxan Yaqub

1

Hər gözdə, hər ürəkdə nur olmaq istəyirəm, Çay kimi, dəniz kimi gur olmaq istəyirəm. Yanmıram, yananda da kül olmaq istəyirəm. Gözyaşı qədər duru, çiçək qədər saf olmaq, Ədalətlə yoğrulub haqq olmaq, insaf olmaq, Bir sevmək səadəti, bir sevilmək arzusu, Zamanın yaddaşında qala bilmək arzusu. Birmi, beşmi arzular, eh, hansını sayasan? Arzuları yaşaya, duyasan, anlayasan. Yaşamaq istəyirəm, yüz il mənə bəs deyil, Çünki mənim həvəsim ötərgi həvəs deyil!

1972, 30 iyul

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.