Əsas məzmuna keç

Heca şeiri

Çoxdandı könlümə bir gəzmək düşüb

Zəlimxan Yaqub

1

Qəlbim istəyəni bəxtim gətirə, Qayıdam ömrümün uşaqlığına. Qədəmim çatdıra o vaxta məni, Baxmaya yolların uzaqlığına. Başım açıq ola, ayağım yalın, Yeriyəm, büdrəyəm, yıxılam, duram. Çör-çöpə əvvəlki həvəsim ola, Suların üstündə dəyirman quram. İllər elə keçdi, sanki, göz açdım Özümü iyirmi beş yaşında gördüm. Böyüklər gördüyü dərdi, sevinci, Ömrün divarında, daşında gördüm. Yaxşı, o günləri nəyə bənzədim, Yandığı, söndüyü bircə an çəkən Ovçuya rast gələn bir maral kimi, Uşaqlıq bu qədər ürkəkmi oldu. Ömür, nə yatdım ki, nə yuxu görəm, Qayğısız anlarım nə tez ötüşüb. Həsrətdən burnumun ucu göynəyir, Çoxdandı könlümə bir gəzmək düşüb.

Heç kəs deməsin ki, çox da göynəmə, O vaxtda, o anda, o gündə nə var. Şirindi nağıllı, dastanlı dünya, Onda min həqiqət, min əfsanə var. Torpaqdan götürüb öz mayasını, Şirə var, qüvvə var kökümdə mənim. Əsrimin sürəti yeyin olsa da, Güc-qüvvət alsam da hər yüksəlişdən, Bəzən yoruluram, darıxıram mən, Bezirəm ürəksiz gördüyüm işdən. Ürək darıxanda, can darıxanda Keçir o günlərim qəlbimdən mənim. Fikirsiz, xəyalsız dura bilmərəm, Halımı bilirəm axı mən, mənim Körpəlik arzusu, uşaqlıq sözü, Gör gəlib mənimlə harda görüşdü. Zamanı geriyə qaytarmaq gərək, Çoxdandı könlümə bir gəzmək düşüb.

Onda çıxmamışdım geniş yollara, Həmdəmim olmuşdu dağ döşü, cığır. Görərdin Zəlimxan gəzir dağları, Ya kəkotu dərir, ya təzək yığır. Nazımla, sözümlə oynardı mənim, Alardı ağrımı, qadamı mənim. Ürək nə istəsə hazır olardı, Çox tez eşidirdi sədamı dünya. Yormurdu beynimi sərt düşüncələr, Rəisim, müdirim yoxuydu mənim. İş adı gələndə qaçaq düşərdim, Ən çox istədiyim yuxuydu mənim. Körpə dodaqlarım nə qədər desən Çiçəklə öpüşüb, güllə öpüşüb. Qaytar o günləri, təbiət, mənə, Çoxdandı könlümə bir gəzmək düşüb.

1973, 21 fevral

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.