Əsas məzmuna keç

Qoşma

Çovdur xan üçün

Məxdumqulu Fəraqi

1

Əhməd padişahdan xəbər almağa, Ümid etdi ellər Çovdur xan üçün. Sağ-salamat varıb, dönüb gəlməyə, Olmadı iqballar Çovdur xan üçün.

Bağlar donub qaldı, nə yağış, duman, Bulud haray saldı, bu dərdə ərman, Zəmin zaye oldu, fələklər fərman, Cənnət oldu çöllər Çovdur xan üçün.

Qəza qəhrə mindi – pərin sındırsın, Fələk xəyal etdi – mehrin endirsin, Dərya cuşə gəldi – sudan qandırsın, Müştaq oldu göllər Çovdur xan üçün.

İzində oldular, el intizarın, Ümid ilə gəzdi Annaxal yarın, Atanəzər qaldı çəkərək zarın, Gözlər-gözlər yollar Çovdur xan üçün.

Varsa, payı bəlli sultanda, xanda, Eli bilməz, qaldı həsrəti canda, Qəzadır, qismətdir Yəzddə, Kirmanda, Axdı necə qanlar Çovdur xan üçün.

Qürrələr gün oldu, fallar şum oldu, Varanlar bənd oldu, yollar bim oldu, Çeşmələr höşk oldu, daşlar mum oldu, Səna qıldı dillər Çovdur xan üçün.

Söylə, Məxdumqulu, aləm bilsinlər, Yeri cənnətdədir, rahat olsunlar, «Haq rəhmət etsin!» deb, dua qılsınlar Bütün ulus-ellər Çovdur xan üçün.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.