Əsas məzmuna keç

Qoşma

Çovdur xan

Məxdumqulu Fəraqi

1

Göylən, yomut yola çıxıb, baxışıb, Ümid etdi, gələr aman, Çovdur xan. Molla, müfti haqqa dua oxuyub, Qurtardılar kitab-Quran, Çovdur xan.

Dağlar başın əydi, çənə büründü, Yellər qala bilməz, yerdə süründü, Ay-gün batıb, göydə Mərrix göründü, Buludlar oldular varan, Çovdur xan.

Malın yığıb gəldi çoban-çoluqlar, Kənara çıxdılar sudan balıqlar, Özün tuta bilməz yerdəki xalqlar, Hamısı etdilər əfğan, Çovdur xan.

Bəzirganlar iraq yolu unutdu, Sövdəgərlər nə mal aldı, nə satdı, Aylar-günlər batdı, zərli dan atdı, İns-cins çəkib ərman, Çovdur xan.

Dolandılar Hindistana varanlar, Ağlaşdılar mərdan adın soranlar, Kəlamulla açıb, bəxtə baxanlar, Tapmadı dərdinə dərman, Çovdur xan.

Çəkdiyi ox boşa çıxmaz səyyadın, Titrətdi aləmi, Çovdur xan, adın, Sanı, hesabı yox gələn fəryadın, Dizə çöküb ağlar Turan, Çovdur xan.

Məxdumqulu, uçdu alıcı quşum, Arxadaşım, əziz sirdaş, qardaşım, Məna saça bilməz çallaşan başım, Bürüyübdür onu duman, Çovdur xan.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.