Çöhrəvü xəttün xəyali çemimi qılmış məqam
Çöhrəvü xəttün xəyali çeşmimi qılmış məqam, Açmağa Bəhreyni cəm’ olmuş sipahi-Rumü Şam.
Cilvəgah etmiş qübari-dərgəhin müjganimi, Sahili-dəryayı dutmuş əskəri-Darus-səlam.
Rahi-eşqində sirişkim göstərir hər dəm hübab, Əzmi-rəh etdikcə ləşkər, rəsmdir nəsbi-xiyam.
Cəng edərlər bir biriylə tiğin içün xublər, Rəsmdir ləşkərdə sular üzrə qılmaq izdiham.
Sərv lafi-hüsn edər, göstər qiyamın mən’ qıl, Baş çəkən sərkəşlərin dəf’inə vacibdir qiyam.
Qoyma zülfün düşməyə mahi-rüxi-rəxşaninə, Qıl Müşə’şə mülkinin sahirlərə seyrin həram!
Könlümü gör, didədən gəh qan tökər, gəh qan içər, Məddü cəzrini təmaşa qıl bu dəryanın müdam.
Dil evinə rövzən aç sinəm dəlib tiğinə kim, Müntəzirdir fəthi-rahi-Kə’bə içün xasü am.
Ey könül, dövran çəkib gərdunə Keyvan məhmilin, Şəmsdən Mərrixə vermiş tövsəni-zərrin-licam.
Çərx qalxanını zərrin qübbə etmiş mehrdən, Mahi-növ tiğin şəfəqdən eyləmiş gülgun niyam.
Fəth əsbabini yüklətmiş qətari-həftəyə, Ehtiyat üzrə olub görmüş səfər qeydin təmam.
Qaliba sultani-divani-qəza hökm eyləmiş Kim, verə Darüs-səlamə düşməni-sərkəş səlam.
Hakimi-təqdirdən dövrana olmuş əmr kim, Edə mülki-Bəsrəyi məhruseyi-Bağdadə ram.
Bağlamış himmət bu fərmanı sərancam etməgə, Həzrəti-paşayi-Keyvanqədrü gərdün ehtişam.
Sərfərazi-aqibət-Məhmudü qutbi-raströv, Ə’dəli-əqran Əyasi-nikrə’yü niknam.
Ol Məsihadəm ki, əmvati-ələm ehyasına Xaki-dərgahindədir keyfiyyəti-yöhyil-izam.
Ey qübari-dərgəhindən qədri-gərdun ariyət, Vey füruği-mehri-ruyindən səfayi-sübh vam.
Dövrdən hasil sənə daim nəşati-müstəzad, Bəxtdən ruzi sənə peyvəstə cahi-müstədam.
Cami-bəzmi-rəzmin içməkdə dili-düşmən kəbab, Dəf’i-nari-qəhrin etməkdə xəyali-xəsm xam.
Hər şüayi-xəncərin bərqi-fənadən bir şərər, Hər sədayi-navəkin mülki-ədəmdən bir pəyam.
Ömrlərdir qətli-ə’dadən əcəl çəkmiş əlin, Onu divani-qəzadən tiğin etmiş iltizam.
Həq təaladan sənə fəthi-dəmadəm lütfi-xas, Səndən əhli-aləmə lütfi-peyapey feyzi-am.
Rəzmgahində mizaci-tiğü təb’i-rümhüni, Müxtəlif qılmış təriqi-iftiraqü iltiyam.
Çalışıb hər bir əduni tiğin etdikcə iki, Hər iki bir olmağa rümhün qılır iqdami-tam.
Qəsdi-fəthi-mülk qılmışsan, mübarəkdir bu rə’y, Əzmi-dəf’i-düşmən etmişsən, müyəssərdir bu kam.
Çox zəmanlardır ki, seydi-mərdümi-tüccar içün Rəhgüzari-hində qurmuşdur həsari-Bəsrə dam.
Onda qanlar yurddurubdurlar tərəddüd əhlinə, Gəldi ol dəm kim, çəkə tiğin olardan intiqam.
Dəprənən ləşkərmidir, ya Dəclədir Bağdaddən Eyləyib tüğyan Cəzayirdən yana qılmış xüram?
Dutmağ olmaz böylə seylabın yolun xaşak ilə, Qılmasınlar mən’inə əhli-Cəzayir ehtimam.
Yel buraxdı Hind dəryasinə əzmindən xəbər, Titrədi dərya, məhabət Hind sübhin qıldı şam.
Qıldı Qütbül-Mülki təhrikin yerində müntərif. Getdi xövfünlə Nizamül-Mülk mülkündən nizam.
Vəhmi-tiğin eylədi əhli-Firəngi zərdrəng, Qıldı gərdi-ləşgərin səhrayi-Hindi mişkfam.
Mişk söylərsəm sipahin gərdinə, qılman xəta Çün Füzuli xəstəyə ondan müəttərdir məşam.
Ta şəbü ruz ixtilafiylə müqərrərdir mədar, Ta məhü xurşid dövranında mümkündür dəvam,
Var ümidim, xabi-qəflətdən həsudun durmayıb, Bəxtini bidar edə tövfiqi-Həyyi-layənam.
* * *
Lüğət: Sipah – qoşun; Şam – axşam; vilayət adı; Qübar – toz, kədər; Sirişk – göz yaşı; Dəm – qan; zaman; nəfəs; ah; söhbət; Rəh – yol; Cəng – döyüş, müharibə; Mahi – taban – parlaq ay; Rüxi – zərd – sarı üz; Didə – göz; Dil – ürək; Rövzən – baca, pəncərə; Keyvan – ulduz adıdır; Məhmil – dəvənin üstündə iki adamlıq kəcavə; Şəms – günəş; Zərrin – qızıla tutulmuş şey, qızıl rəngli; Gülgun – gül rəngli, gülüzlü; Təqdir – olacaq şeyin Allah tərəfindən qabaqcadan müəyyənləşdirilməsi; bəyənmək, qədrini bilmək; Gərd – toz; Əqran – tay-tuş; Niknam – yaxşı adlı, şöhrətli; Əmvat – ölülər; Xaki – tirə – qara torpaq; Qədr – dəyər, qiymət, məziyyət; Gərdun – dönən; fələk; dünya; Ariyət – burovuz; Vam – borc; Nəşat – sevinc; Ruzi – həşr – məhşər günü; Peyvəstə – arası kəsilmədən; Müstədam – daimi, müdam; Cami – xoşgüvar – ləzzətli şərab; Rəzm – müharibə, dava; Dili – tirə – qaranlıq könül, tutqun könül; Xəsm – düşmən; Bərq – şimşək; Sədayi – seyl çəkər məddi-müttəsil – sel səsi uzanan səs kimi səslənir; Navək – ox, kirpik mənasında işlənilir; Ədəm – yoxluq; Pəyam – xəbər, peyğam; Əhli – raz – sirr əhli, sirdaş; Peyapey – bir-birinin dalınca; Mizaci – namiyyə – böyümək mizacı; Təb – qızdırma; Təriqi – hüda – hidayət yolu, doğru yol; Seyd – ov, şikar; Mərdümi – insanlıq; Dam – tələ, tor; Mişkfam – müşk rəngli, qara; Müəttər – ətirli; Ruz – gün; Müqərrər – qərara alınmış; Həsud – paxıl; Bidar – zülm, təcavüz