Əsas məzmuna keç

Qoşma

Çıxır

Zəlimxan Yaqub

3

İlhamlı anlarım gəlib çatanda, İlhamsız anlarım aradan çıxır. Qarşımda ağ varaq, qara mürəkkəb, Qismətim ağ ilə qaradan çıxır.

Sevinc naz eyləyər, çəkilər döşə, Qəm yemək şairə əbədi peşə. Yol gəlir ürəyi söz deşə-deşə, Elə bil tikandı, yaradan çıxır.

Könül bir alovdu, şair ömrü şam, Təzə bir əsərdi, hər gələn axşam, Hər qələm tutanda haqqı çağırram, Qarşıma həmişə Yaradan çıxır.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.