Əsas məzmuna keç

Qoşma

Çıxıbdı

Aşıq Ələsgər

1

Ay həzarat, gəlin sizə söyləyim, Bu dünyanın xəyanatı çıxıbdı. İnsaflar azalıb, mürvət gödəlib, Qazıların mazarratı çıxıbdı.

Əlimizi aparıbdı sərt ayaz, Ruzumuz olubdu gündən-günə az, Molla şeytan olub, axund şeyitbaz, Məşədi, kalvayı lotu çıxıbdı.

Qoçular, quldurlar qatar taxırlar, Fəqir-füqəraya yan-yan baxırlar, Kimi istəsələr vurub yıxırlar, Beşatanın çataçatı çıxıbdı.

Pristav, naçalnik gələndə kəndə, Obanı, oymağı vururlar bəndə, Xərc üstə çoxları düşdü kəməndə, Qamçıda belinin qatı çıxıbdı.

Gəzirlər havalı ağalar, bəylər, Çalışır qan-tərdə naxırçı, nökər. Müxtəsərin deyir Aşıq Ələsgər, Kovxanın, kattanın zatı çıxıbdı.

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.