Çıxıb təbiətin əlindən xata
Onun görkəminə sən niyə güldün, Yetim taleyinə gülməzlər, bala. Tanrıdan bir azca sevinci varsa, Onu da süpürüb-silməzlər, bala.
Çıxıb təbiətin əlindən xata, Qanadsız quş kimi gəlib həyata. Sağında ana yox, solunda ata, Gedənlər geriyə gəlməzlər, bala.
Dərddən biz-biz olar başının tükü, Həsrətdən budağı, kədərdən kökü. Atasız olanın çəkdiyi yükü, Atalı olanlar bilməzlər, bala.
2005, 31 dekabr