Əsas məzmuna keç

Qəsidə

Çıxdı yaşıl pərdədən ərz eylədi rüxsar gül

Məhəmməd Füzuli

1

Çıxdı yaşıl pərdədən, ərz eylədi rüxsar gül, Sildi mir’ati-zəmiri-pakdən jəngar gül.

Cam dut saqi ki, gülbünlər gül izhar etdilər, Sən dəxi bir gülbüni-rə’nasən, et izhar gül.

Gəldi ol dəm kim, ola izhari-hikmət qılmağa, Inşirahi-sədr ilə sədri-səfi-əzhar gül.

Yetdi il mövsim ki, açmağa könüllər mülküni, Ola gülşəndə rəyahin xeylinə sərdar gül.

Adəm isən bağ seyrin eylə bu mövsimdə kim, Baği rəngü buy ilə qıldı behiştasar gül.

Çarsuyi-bağ seyranı bu gün mərğubdir Kim, şükufə onda sərraf oldu vü əttar gül.

Çıxmış ikən bəzmi-gülşəndən yenə övd eyləyib, Cami-mey andırdı əhli-tövbəyə təkrar gül.

Həbsdən Yusif çıxıb sultanı-Misr olmuş kimi, Oldu, açıb qönçəsin arayişi-gülzar gül.

San Züleyxa xəlvətidir qönçeyi-dərbəstə kim, Çıxdı ondan daməni-çakilə Yusifvar gül.

Çak olub bulmuş səfa badi-səhərdən sanasan, Baddır Cibrilü qəlbi-Əhmədi-Muxtar gül.

Şəbnəmi-gülzari-rüxsari-rəsulüllahdır, Nəşri-ətrilə qılır hərdəm ona iş’ar gül.

Dürri-şəbnəm saçdı rəngin bərglərdən hər tərəf, Lə’li-xəndan etdi xublar kimi gövhərbar gül.

Surəti-halinə heyran eylədi aqilləri, Açdı irfan əhlinə gəncineyi-əsrar gül.

Səbzə üzrə gəzdirər badi-səba gül bərgini, Sanki səbzə asimandır, kövkəbi-səyyar gül.

Qıldı pünhan qönçənin lə’b ilə gözdən höqqəsin, Bulmaq olmaz hiç rəng ilə, zəhi əyyar gül!

Yüz çevirmiş xardən ayrılmaq istər bisəbəb Mün’imi-nakəs kimi əslindən eylər ar gül.

Xari-qeyrət nola gər sancılsa gülbün bağrına, Ayrılıb ondan olur həmsöhbəti-əğyar gül.

Yeridir odlara yansa həsrət ilə xar kim, Ondan alır ziybü ziynət, qeyrə olur yar gül.

Bivəfalıq adətin tutmuş onunçündür bu kim, Ömrdən olmaz cahan bağında bərxurdar gül.

Qanğı bülbül qanı dutmuş bilməzəm kim, müttəsil Gəh əsiri-xar olur, gəh mübtəlayi-nar gül.

Seyri-bağ etdim səhər, gördüm açıb məcmuəsin, Hifz edib bu mətləi eylərdi istehzar gül:

Aşiq olmuş hüsnünə, ey sərvi-xoşrəftar, gül, Çak-çak etmiş səninçün sineyi-əfgar gül.

Gül nə nisbətdir sənə, səndən ona yüz fərq var, Sən büti-pərdənişinsən, şahidi-bazar gül.

Öylə pünhan eyləmiş köksündə sirri-eşqini Kim, əyağından asarlar eyləməz iqrar gül.

Tutiyayi-çeşm üçün hər sübhdən yollar tutub, Xaki-dərgahın səbadən eylər istifsar gül.

Seyri-gülzar etdigin peyki-səbadan fəhm edib, Gənci-zər qılmış mühəyya, qılmağa iysar gül.

Bərgi-gül sanman ki, rəngin xiştlər cəm eyləmiş, Çəkməyə ol gənci-zər hifzinə bir divar gül.

Ta səriri-səbzəyi dəprətməyə təhriki-bad, Sayəsindən urdu hər lövhinə bir mismar gül.

Hər səhər gülzar lövhində çəkər yüz dairə, Qaliba minqari-bülbüldən alır pərgar gül.

Eyş üçün gəlşən şəbistanın münəvvər qılmağa, Hər ağacdan asdı bir qəndili-pürənvar gül.

Bunca qəndili füruzan eylədi, əmma nə sud, Dudi-dildən qıldı bülbül ruzigarın tar gül.

Dari-dünyayı fəzayi-cənnətə döndərdi, leyk Qönçə kimi bülbülə dünyayı qıldı dar gül.

Bir zəbani-haldır hər yaprağı fəhm etsələr, Pərdədari-xak olanlardan verir əxbar gül.

Bülbüli-zar etdiyi fəryadlər tə’siridir, Bisəbəb xabi-ədəmdən olmamış bidar gül.

Bağiban, sultani-adil dövrüdür, tənbih qıl, Urmasın gülzarə atəş, zülm edib zinhar gül!

Cövr əlilə qönçənin pirahənin çak etməsin, Cünbüşi-namö’tədildən qılsın istiğfar gül.

Yoxsa nagəh surəti-hali olur sultanə ərz, Qəhrə uğrar müqtəzayi-vəz’i-nahəmvar gül.

Ol güli-baği-xilafət kim, bəhari-dövləti Aləməfruz olalı görməz cəfayi-xar gül.

Oldu dövründə həva məhbusi-zindani-hübab, Qaliba görmüş həvadən şəmmeyi azar gül.

Bərgi-gül gəzdirməz oldu məhmili-badi-səba, Həddi yox kim, çəkdirə badi-səbayə bar gül.

Sərsəri-qəhri-cəhansuzindən agah olalı, Açmaz oldu busitani-fineyi-əşrar gül.

Xəlvəti-lütfünədir nuri-dili-mö’min çirağ, Gülşəni-qəhrinədir daği-dili-küffar gül.

Şahi-din Sultan Süleymani-səadətmənd kim, Kəsb edər xülqi-xoşundan nüzhəti-ətvar gül.

Başə salmış mehrini ruzi-əzəldən çərxi-pir, Öylə kim, gülrüxlər eylər ziynəti-dəstar gül.

Inqilabi-dövrdən bulmazdı hərgiz ixtilal, Alsa ondan hökmünə fərmani-istimrar gül.

Zövq bazarında bulmazdı bu rəng ilə rəvac, Etməsəydi nəqşi-möhrün sikkeyi-dinar gül.

Olmaq içün mütribi-bəzmi, dutub bir dairə Ögrənir hər sübh bülbüldən fəni-ədvar gül.

Mətbəxi-cudinə kim, dudinə sünbüldür qulam, Xarkəşlik sən’ətin tutmuş, degil bikar gül.

Qurtulur fəth etdigi kişvər bəlayi-fitnədən Kim, açıldıqda tikəndən ayrılır naçar gül.

Şərh edib susənlərə övsafi-xülqün, gəzdirir Qönçədən hər sübh açıb gülşəndə yüz tumar gül.

Qətreyi-şəbnəmmidir, ya əl açıb sail kimi, Xazini-lütfündən almış lö’löi-şəhvar gül?

Qoymayıb dövründə viran kargahi-gülbüni, Bir ayağ üzrə durub olmuş ona me’mar gül.

Ədli əyyamında şəbnəm sanmanız kim, bülbülün Beyzəsin qoynunda hifz etmiş olub qəmxar gül.

Daməni-pakiylə ol bəhcətfəzayi-mülkdür, Gər cahan bağında cənnət güllərindən var gül.

Vəz’i-aləmdən fələk məqsudi oldu kim, olur Bəsləməkdən xari mənzuri-ülül-əbsar gül.

Qədrinə verməz xələl dünyayə qılmaq iltifat, Ziybü ziynət verdigiçün xarə olmaz xar gül.

Meyvə ol sultani-adildir nihali-dövlətə, Sabiqən gəlmiş səlatini-fələkmiqdar gül.

Nola gər sabiqlər oldisə fəna, oldur qərəz, Meyvə göstərdikdə tökmək rəsmdir əşcar gül.

Qıl, Füzuli, mədhin ol şahın ki, baği-mədhinin Bülbülü olurdu, bulsa qüdrəti-göftar gül.

Gərçi yoxdur e’tibarın, mədhin et izhar kim, Adəti-dövri-zəmandır xarə vermək bar gül.

Var ümidim necə kim rəsmi-mədari-dəhrdir, İldə bir gəz aləmə ərz eyləmək didar gül.

* * *

Fəth bağından ona hər dəm xilafi-baği-dəhr, Tazə-tazə aça lütfi-iyzədi-cəbbar gül. * * * Ol kərəm dəryasi, ehsanü mürüvvət kani kim, Yox ona bənzər fələk dürcündə bir dürri-səmin. İqtidasi e’tilayi-şər’ə istiqlali-sidq, Nüsrəti həqqiyyəti-islamə bürhani-yəqin. Ol ki, ədlin eyləyib e’lan hifzi-şər’içün, Müjdələr vermiş rəsulüllahə Cibrili-Əmin.

Dərgəhi-qədrinə min Daravü İskəndər gəda, Xərməni-lütfinə min fəğfürü xaqan xuşəçin. Oldu hökmündən rəvanpərvər fəzayi-bərrü bəhr Fərzdir ol maliki-mülkün sənayi-rif'əti Sərvəri-Cəmşidşan, darayi-İskəndər-nişan, Xosrövi-sahibqiran, Keyxosrövi-nüsrətşərin. Hər zərərdən sayeyi-ədlindədir asudə xəlq, Məhdi-mülki mə'məni-əhli-zəmandır fitnədən

Hər yana əzm etsə qalibdir səvabi-rə’y ilə Ləşkərin nöqsan əgər görməzsə ə’dadən nola, Asitaninə cəbin sürsə fələklər, yox əcəb, Məqsədi fəthi-məmalikdən rəvaci-din həman, Kimsəyə yox məhzi-mülkü mal üçün könlündə ki Hər pəripeykər ki, kafirdən müsəlman eyləmiş Olacaqdır cənnət içrə xidmətiçün huri-eyn. Vəqtidir kim, xameyi-təqdirdən təsvir alıb, Surəti-divari-divanın ola xaqani-Çin. Vəqtidir ola səvadi-hindü səhrayi-həbəş Şahidi-mülkün zənəxdanında xali-ənbərin.

Lüğət: Rüxsar – yanaq S; Zəmir – ürək, könül; Gülbün – gül budağı; Dəm – qan; zaman; nəfəs; ah; söhbət; Sədri – səfi-əzhar – çiçəklər səfinin başçısı; Əzhar – çiçəklər; Rəyahin – reyhanlar, çiçəklər; Buy – qoxu; Mərğub – rəğbətli, yaxşı; Şükufə – çiçək; Cami – xoşgüvar – ləzzətli şərab; Əhli – raz – sirr əhli, sirdaş; Arayiş – zinət, bəzək; Dərbəstə – qapısı bağlı; Damən – ətək; Xəndan – gülən; açılmış; Gövhərbar – gövhər yağdıran; Gəncineyi – raz – sirr xəzinəsi; Əsrar – sirlər; Bərg – yarpaq; Kövkəb – ulduz; Pünhan – gizli; Xar – çox möhkəm daş, mərmər daşı; Qanğı – hansı; Qanı – hanı; Əfgar – pərişan; yaralı; Fərq – baş; Şahid – gözəl; şəhadət verən; Xaki – tirə – qara torpaq; İstifsar – soruşmaq; Gənc – xəzinə; Bərgi – səmən – yasəmən yarpağı; Səriri – abi-rəvan – axar suyun səsi, şırıltısı; Minqar – dimdik; Şəbistan – yataq otağı; Sud – fayda; Dudi – dil – ürək tüstüsü, ah; Tar – qaranlıq; Dari – bəqa – axirət evi; Fəzayi – behişti-sürur – şadlıq behiştinin fəzası; Dar – bina, ev; Zəban – dil; Xak – torpaq; Zar – sızıldayan, ağlar, zəif; Ədəm – yoxluq; Bidar – zülm, təcavüz; Zinhar – saqın; Pirahən – köynək; Cünbüş – hərəkət; Müqtəzayi – vəz’i-nahəmvar – uyğun olmayan vəziyyətin tələbinə görə; Güli – rə’na – qırmızı rəna çiçəyi; Aləməfruz – dünyanı işıqlandıran; Məhmil – dəvənin üstündə iki adamlıq kəcavə; Bar – yük; meyvə; dəfə; rəsmi qəbul; Sərsəri – qəhri-cahansuz – dünyanı yandıran acıq küləyi; Dili – tirə – qaranlıq könül, tutqun könül; Daği – dil – ürək dağı; Xülq – təbiət; Nüzhəti – ətvar – pak davranış Ö; Ruzi – həşr – məhşər günü; Çərxi – çənbəri – dairəvi səma; Dəstar – çalma, baş sarığı; Hərgiz – heç zaman, əsla; İstimrar – cəfaya dözmək; Ədvar – dövrlər, zəmanələr, musiqi istilahı; Kişvər – ölkə, məmləkət; Övsafi – lətafət – gözəlliyin tərifi P; Mar – ilan; Bəhcətfəzayi – mülk – ölkənin gözəlliyini, rövnəqini artıran; Mənzur – nəzər olunan, baxılan; Nihali – növrəsi-gülzari-eşq – eşq bağcasının yeniyetmə fidanı; Əşcar – ağaclar; Dəhr – zaman, dünya, aləm; Gəz – dəfə, arşın; Didar – üz, camal, görüş · Qeyd: çapın 49–51-ci səhifələri mətn qatında yoxdur (şəkil kimi verilib). Azərbaycan misraları iki müstəqil oxuma ilə bərpa olundu. Həmin səhifələrdəki fars/ərəb dilli misralar (45 sətir) nəstəliq xətti ilədir və dəqiq oxunuşuna zəmanət verilmədiyi üçün əlavə edilməyib.

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.