Çıxar
Ey yaranlar, axır zaman olanda, Beş kişi der, Harış atlı mar çıxar. Burda yaman yolda gəzən qardaşlar, Məhşər günü orda yeri dar çıxar.
Baldandır, süddəndir axan bulağı, Möminlərin Buraq olar ulağı, Yəcuc, məcuc yerə düşər qulağı, Dostum, böylə nişanalı xar çıxar.
Bu dünyada dinlərini pozanlar, Qeybət edib, yalan-palan düzənlər, Naməhrəmə nəzər salıb gəzənlər, Burda gözlü olsa, onda kor çıxar.
Kafirlərin daşlar enər sərindən, Əli, Hatəm çıxmaz cənnət döründən, «Vay, ümmətim» deyib durar yerindən, Məhşər günü rəsul adlı ər çıxar.
Məxdumqulu, bu yollardan çıxmagil, Düzülən rabatdır, dinin yıxmagil, Üzülməz töhməti boyna taxmagil, Haqqa doğru gələn, bəlkə, şir çıxar.