Çıxar
Şimşək buludların son qərarıdır, Şübhədən sıyrılar, gümandan çıxar. Yandırar bağrını ana torpağın, Havalı ox olub kamandan çıxar.
Sellər qeyzə gələr, qayalar sökər, Dağların gözünə qaranlıq çökər. Gah yağış yağdırar, gah dolu tökər, Nə çıxsa həmişə dumandan çıxar.