Əsas məzmuna keç

Heca şeiri

Çıx dünyanın seyrinə

Zəlimxan Yaqub

3

Çıx dünyanın seyrinə Dan yeri sökülməmiş. Səhərin almaz şehi Yarpaqdan tökülməmiş. Təbiətin tərtəmiz, Günün bakirə vaxtı, Gülün ləçəklərindən Çəkilən şirə vaxtı Çəmənin kəpənəyi, Çölün arısı sən ol! Bu dünya başdan-başa, İtsə sevinc içində, Onun yarısı sən ol! Körpəcə budaqların Qönçələri açmamış, Gün dəyib, tumurcuğun Dodaqları qaçmamış, Yerdə vaxtı qabaqla, Göydə günü qabaqla. Təbiətin eşqinə, Çal-çağırı qabaqla, Toy-düyünü qabaqla. Hər gün Günəşdən qabaq, Çıx dünyanın seyrinə. Qoy beləcə yaşasın Dünya sənin xeyrinə, Sən dünyanın xeyrinə!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.