Əsas məzmuna keç

Heca şeiri

Çırpın, şair ürəyi

Zəlimxan Yaqub

1

Çırpın, şair ürəyi, sənə düşəcək bu yük, Çağır sevda yolunda insanları yarışa. Bütün yamanlıqları döndər yaxşılıqlara, Qovuşdur insanları məhəbbətə, barışa.

Niyə düşüb, kim salıb – qara saçda dən ara, Sən soruş, sən maraqlan, itənləri sən ara. Kimlər küncə qısılıb, kim çəkilib kənara, Tapmaq üçün onları gəl çıxaq axtarışa.

Özünü darta-darta heç kəs oxlov udmasın, Heç kəs qarşıdakını qoy təkəlli tutmasın. Dünyaya sığmayanlar dünyanı unutmasın, Onsuz da sığacaqlar beş-altıca qarışa.

2004, 21 oktyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.