Əsas məzmuna keç

Heca şeiri

Çin səfəri

Zəlimxan Yaqub

2

Arzusu tükənməz şair könlümün, İldə min tərəfə min səfəri var. Bu dəfə Çin səddi aşılmalıdır, Bu dəfə qarşıda Çin səfəri var!

Axmaz varaqlara qaynar misralar, Sevincim, fərəhim çevrilər yasa. Mənim duyan könlüm, sevən ürəyim Gündə bir səfərə hazır olmasa!

Şanxay, 1994, mart

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.