Əsas məzmuna keç

Qoşma

Çilimkeş

Məxdumqulu Fəraqi

1

Haq səni rayinə qoymuş cahanda, Nə bacarsan elə bunda, çilimkeş. Divan qurulanda, hesab verəndə, Cavabın nə olar onda, çilimkeş.

Qüvvətin azaldar, gücün üzdürər, Keyfin kəllə gəlsə, ağlın azdırar, Sümüyün sızdırar, ətin qızdırar, Bir nişana budur səndə, çilimkeş.

Əl götür sən böylə nahaq təlaşdan, Pulun yanar, canın yanar bu işdən, Ertə qarnın doldurarlar atəşdən, Zəhmi çıxmaz, qalar canda çilimkeş.

Orda-burda yaxşılıq yox əyriyə, Kişi olsan, qədəm qoysan doğruya, Binamaza, qeybətkeşə, oğruya Yoldaş olar yavuz gündə çilimkeş.

Məxdumqulu, mövlam candan yaxındır, Çilim bir şor sudur, tən bir zəmindir, İman bir tülküdür, gövdə bir hindir, Tüstüyə dözərmi hində, çilimkeş.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.