Əsas məzmuna keç

Qoşma

Çiçəklər

Zəlimxan Yaqub

3

Çəmən sağlığına badə qaldırır, Şehi şərab kimi içir çiçəklər. Könlünü şairə, rəssama verib, Özünə sevgili seçir çiçəklər.

İndi sovqat vaxtı, pay vədəsidi, Çəməndən-çəmənə hay vədəsidi. Ana təbiətin toy vədəsidi, Gəlinlik paltarı biçir çiçəklər.

Hər duyan könüldə bir insaf olar, Hava işıqlanar, su şəffaf olar, Bilir ki, şairin qəlbi saf olar, Bir-bir ürəyimə köçür çiçəklər.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.