Əsas məzmuna keç

Gəraylı

Çiçək qəlbi

Zəlimxan Yaqub

1

Göy üzündə çaxnaşma var, Yenə şimşək çaxasıdır. Neçə vüqar silkələyib, Neçə şöhrət yaxasıdır.

Çalxandımı bulud qanda, Haray qopar bu cahanda. Odlu qılınc bircə anda, Öz qınından çıxasıdır.

Elə ki, kişnədi çaxdı, Zirvələrin gələr baxtı. Qaya başında papaqdı, Duman qara çuxasıdır.

Tək şairdi fikrə dalan, Nədir onu dərdə salan? Soyuq vuran, açıq qalan, Çəmənlərin yaxasıdır.

Gəl çaxma, göylər şimşəyi, Kəs dolunu, kəs küləyi. Çiçək qəlbi, gül ürəyi Yuxaların yuxasıdır.

1975, 22 noyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.