Əsas məzmuna keç

Qoşma

Çəməndə

Zəlimxan Yaqub

1

Qışı öz əlimlə salmışam yola, İndi həmsöhbətim yazdı çəməndə. Gözəllik meylimi min yerə çəkdi, Xəyalım dolaşıb azdı çəməndə.

Hər zərif çiçəyin öz ətir payı, Düzlərin eşqini aləmə yayı. Yaxşı ki, güllərin bilinmir sayı, Yaxşı ki, qanqallar azdı çəməndə.

Təbiət şairin dərmanı, həbi, Bir bulaq gördümü, gələcək təbi. Nə qələmi gəzdi, nə mürəkkəbi, Zəlimxan bu şeiri yazdı çəməndə.

1978, 28 iyun

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.