Çəmən olsan, çiçəyini dərərdim
Üz-gözündən Tanrı nuru tökülür, Durulanıb bulaqdanmı gəlmisən? Duyğuların qanadına çevrilib, Nəğmə olub dodaqdanmı gəlmisən?
Bir ovçuyam, qismətimə ov gəlib, Od yanına çaxmaq gəlib, qov gəlib, Tufanlara, sınaqlara dov gəlib, Sevgi adlı sınaqdanmı gəlmisən?
Çəmən olsan, çiçəyini dərərdim, Çiçək olsan, yaylıq üstə sərərdim, Bəndə olsan, səni çoxdan görərdim, Mələk olub uzaqdanmı gəlmisən?
2004, 20 aprel