Çəkmişəm
Əsən küləklərə vermədim ömrü, Arıtək güllərdən şirə çəkmişəm. Göylərə bənzədim ulduzlarımla, Çiçək bitirməkdə yerə çəkmişəm.
Gəldim könüllərə ustad olmağa, Gəldim sevgilərə Fərhad olmağa. Sınan ümidlərə qanad olmağa, Ocağa çəkmişəm, pirə çəkmişəm.
Canlı təbiətlə durdum göz-gözə, Bağrım oda döndü, ürəyim közə. Ruhuma yatanı çevirib sözə, Qəlbimə yatanı şeirə çəkmişəm.
2002, 20 fevral