Əsas məzmuna keç

Qoşma

Çəkməyə

Aşıq Ələsgər

1

İnsan payız ölə, yazda dirilə, Zimistanda boran-qarı çəkməyə. Günü-gündən işi düşər müşkülə, Hər kəs namus, qeyrət, arı çəkməyə.

İncik olma qoca aşığın yaşından, Vaqif ol könlümün eşq ataşından. Bülbül gül yolunda keçər başından, Əgər gül köysünə xarı çəkməyə.

Eşq ucundan tapdı xatalar məni, Qul deyə Həbəşdə satalar məni, Qoyub top ağzına atalar məni, Bəlkə canım bu azarı çəkməyə.

Xəstə könül gəzər bu təmənnada, Mərdlərin mövlası, sən yetiş dada! Mərd iyidə ölüm haqdı dünyada, Yoxsul olub, ahu zarı çəkməyə.

Ələsgər, dəstini üzmə damandan! İstə mətləbini Sahib-zamandan! Məhəmməd ümməti çıxmaz zindandan, Ta ki, Ağam Zülfüqarı çəkməyə.

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.