Əsas məzmuna keç

Qoşma

Çəkməsin

Zəlimxan Yaqub

2

Başım nələr çəkdi qoca dünyada, Mən çəkən dərdləri yağı çəkməsin. Fələk hər ömürdən nişanə qoysun, Kökündən çıxarıb tağı çəkməsin.

Zülmət gözlərimə endi çən kimi, Dərdim saçlarıma yağdı dən kimi. Heç kəsin anası mən çəkən kimi, Bayatı çağırıb, ağı çəkməsin.

Dağıtsın dən kimi, quş dara çəksin, Dərdi dağ itirsin, daş dara çəksin. Zəlimxan, dağlara, daşlara çəksin, Fələk sinəmizə dağı çəkməsin.

2008, 3 fevral

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.