Əsas məzmuna keç

Qoşma

Çəkir

Zəlimxan Yaqub

1

Əllərin şeirimə verir sığalı, İlmələr işləyir, naxışlar çəkir. Yağır torpağıma bərəkət kimi, Quraqda qayğımı yağışlar çəkir.

Sanıram dünyanın sərvəti, zəri Alnımdan süzülən hər damla təri. Ucalmaq eşqinə düşəndən bəri, Nazımı enişlər, yoxuşlar çəkir.

Göynəyir kamanım, kövrəlir sazım, Duyğular qoynunda açılır yazım. Üzmək istəyənə dayaz nə lazım, Məni dərinlərə baxışlar çəkir.

1976, 14 yanvar

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.