Əsas məzmuna keç

Gəraylı

Çəkir

Zəlimxan Yaqub

1

Vaxt bir ömrü imtahana Gör bir neçə dəfə çəkir. Gah bizi şərəfsizliyə, Gah da ki, şərəfə çəkir.

Gözdə eynək, əldə əsa, Ürək batır hisə, pasa. Yas məclisi dartır yasa, Toy məclisi kefə çəkir.

Suda qaralan kömürdü, Odda alışan dəmirdi. Olan-qalan bir ömürdü, Hərə bir tərəfə çəkir.

2000, 2 sentyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.