Əsas məzmuna keç

Gəraylı

Çəkir

Zəlimxan Yaqub

3

Ömrü boyu insanları, Nəsə dartır, nəsə çəkir. Ölüm bizi səssizliyə, Həyat bizi səsə çəkir.

Dərd ürəklə can arası, Vaxt axşamla dan arası, Evlə qəbiristan arası, Yolumuzu kəsə çəkir.

Dünya şirin, həyat dadlı, Ömür gödək, gün təzadlı, Əcəl bizi qəbir adlı, Qara bir qəfəsə çəkir.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.