Çəkilsin dünyanın qaranlıqları
İlahi, bağışla bədxahlarımı, Döndər yavaş-yavaş, xeyirxah eylə. Çəkilsin dünyanın qaranlıqları, Hər tutqun gecəni bir sabah eylə.
Mələk qanadına aldır insanı, Duru bir axara saldır insanı. Çirkabın içindən qaldır insanı, Yerini ən uca bir dərgah eylə.
Gizli sualların cavabını ver, Ən dürüst haqqını-hesabını ver. Bütün könüllərin savabını ver, Bütün könüllərdə eşqi şah eylə.
2006, 26 iyun