Əsas məzmuna keç

Gəraylı

Çəkilməz

Zəlimxan Yaqub

1

Yaz günündə xəzəl olmuş Bağların dərdi çəkilməz. Çiçək vaxtı şaxta vurmuş, Tağların dərdi çəkilməz.

Kim nə bilsin nədən getdi, Nəfəs çıxdı, bədən getdi. Ölən öldü, gedən getdi, Sağların dərdi çəkilməz.

İstər ağla, istərsə gül, Hər ocağın axırı kül. Təpələrin işi yüngül, Dağların dərdi çəkilməz.

2000, 24 sentyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.