Çəkərsiniz
Arılar, gül mənəm, qonun üstümə, Məndən nə çəksəniz saf çəkərsiniz. Başına götürər ətrim dünyanı, Sözün gülşənində kef çəkərsiniz.
Durnalar, yerləri göylərə qatdım, Sizinlə uçmağa hər gün can atdım. Elə ki, torpağın altında yatdım, Məzarım üstündə səf çəkərsiniz.
İnsanlar, ürəyim quzutək mələr, Başım nələr çəkdi, dünyada nələr. Hansı gün Zəlimxan ölüb desələr, O gün bircə dəfə of çəkərsiniz.
2001, 25 avqust