Çəkər
Aşıq el oğludu, el anasıdı, Qəlbindən fərəhlə qəm şirə çəkər, Bağban da özüdür, bağ da özüdür, Həm çiçək yetirər, həm şirə çəkər.
“Yanıq Kərəmi”ni gətirsən dilə, Əriyər odunda dağ gilə-gilə. İncə barmaqların dad verər zilə, Usta əllərindən bəm şirə çəkər.
Zəlimxan yollarda min köhlən yora, Qəlbi düşən deyil heç zaman tora. Çəkməz nanəcibə, çəkməz nankora, Çəksə Ələsgərə, Şəmşirə çəkər!