Çəkər
Görüş var, bir ömrü versən də azdır, Görüş var, getməyə adam can çəkər. Görüş var, şadlığı sığmır illərə, Görüş var, fərəhi bircə an çəkir.
Yaşasan ən şirin arzuyla, kamla, Sevincin sel olar, dərdinsə damla. Ürəkdən verilən xoş bir salamla Əli əl isidər, qanı qan çəkər.
Ayrılıq həyatda hər şeydən çətin, Min bir əzabı var bir məhəbbətin. Gəlməzsən, yandırar məni həsrətin, Gələrsən, nazını Zəlimxan çəkər.