Əsas məzmuna keç

Təcnis

Çata-çat

Aşıq Ələsgər

1

El yeridi, yalqız qaldın səhrada, Çək əstərin, çal çatığın çata-çat! Hərcayılar səni saldı irağa, Həsrət əlin yar əlinə çata-çat.**

Qışda dağlar ağ geyinər, yaz-qara, Sağ dəstinlə ağ kağıza yaz qara. Əsər yellər, qəhr eyləyər yaz qara,*** Daşar çaylar, gələr daşlar çata-çat.

Ələsgərin xətti çıxdı çal indi, "Hey"i "yey"ə, "dal"ı "rey"ə çal indi,****

Hərcayının kəlləsindən çal indi, Çal çəngəlin, çək ciyərin çata-çat.

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.