Əsas məzmuna keç

Qoşma

Çağırır

Zəlimxan Yaqub

1

Cavan ömrüm, hər səfərə layiq ol, Həyat səni xeyrə, şərə çağırır. Bircə yerdə necə durum, dayanım, Arzu, dilək min bir yerə çağırır.

Bir də gördün “mənəm” deyən yaşında Fikirlərin duman olur başında. Dayanırsan uçrumların qaşında, Ölüm çəkir, səni dərə çağırır.

Dözümsüzə bir ötərgi səs deyir, Yenilməzi öz qoynuna səsləyir. Dağlar qaşı neçə qartal bəsləyir, Ömrü-günü zirvələrə çağırır.

1976, 13 aprel

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.